Sizin Reklam Burada
Tel: 050 378-66-61

Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət

Bu gün, 11:24   




Gəncə Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlaşdırma işləri üçün mal-materialların satınalınması məqsədilə tender keçirib.

32gun.az-ın xəbərinə görə, tenderin qalibi "INTERNATIONAL PIPELINE SUPPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında  191 307,05 manatlıq  müqavilə bağlanacağı gözlənilir. 

Qeyd edək ki, "INTERNATIONAL PIPELINE SUPPORT" MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Raqib Dadaşov Bulud oğludur.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar