Sizin Reklam Burada
Tel: 050 378-66-61

Ərdoğan Trampla görüşdü - Bu məsələlər müzakirə olunub

Bu gün, 10:39   



Ərdoğan Trampla görüşdü - Bu məsələlər müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Donald Trampla görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bəyanatda bildirilir ki, görüş zamanı Türkiyə-ABŞ münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan ABŞ Prezidentinin səyləri nəticəsində İranla İsrail arasında əldə edilən atəşkəsi alqışlayıb və onun davamlı olmasını arzuladığını bildirib. O, həmçinin Qəzzada baş verən humanitar faciənin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması üçün sıx dialoqun vacibliyini vurğulayıb.

Məlumata görə, “hər iki lider NATO-nun çəkindirici gücünün möhkəmləndirilməsi istiqamətində tədbirlərin görülməsinin əhəmiyyətini qeyd ediblər”.

Prezident Ərdoğan əlavə edib ki, iki ölkə arasında xüsusilə enerji və investisiya sahələrində böyük əməkdaşlıq potensialı mövcuddur. Türkiyə lideri bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

AzPolitika.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar