Sizin Reklam Burada
Tel: 050 378-66-61

Xətaidə sakinlər əsir-yesir qalıb: polisə, deputata və icra başçısına müraciət edildi

Bu gün, 09:55   







Paytaxtın Xətai rayonu, İnqilab İsmayılov küçəsi 50 A ünvanında yerləşən binada yaşayan sakinlər artıq intihar həddinə çatıblar. Onlar yaşadıqları ünvanda baş verən özbaşınalıqlardan dilə gəliblər. Sakinlər üzləşdikləri haqsızlıqlara və qanunsuzluqlara görə Xətai rayon İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinə və deputat Zahid Oruca müraciət ediblər.
Anxeber.az-a danışan sakinlər bildiriblər ki, binada insan hüquqları açıq şəkildə tapdanır, vətəndaşlar bilərəkdən dövlət rəhbərliyinə qarşı qızışdırılır: "Binamızda vəziyyət faciəvi həddə çatıb. Hüquqlarımız hər addımda pozulur. Sanki bu bina Azərbaycanda deyil, hüququn, qanunun tanınmadığı ayrı bir ərazidir. İlk növbədə binanın həyəti sakinlərin əlindən alınır, avtomobil saxlamaq üçün yerlər satılır. Bu özbaşınalıqda komendant xüsusi rol oynayır. Binanın komendantı özünü Hitlerin fürerləri kimi aparır. Sanki bu yerin sahibidir və  nə istəsə edə bilər. Ümumiyyətlə, burada hər şey qanunsuz həyata keçirilir və əldə edilən gəlirlər vergidən yayındırılır”. 
Sakinlərin sözlərinə görə, burada vətəndaşın elementar seçim hüququ da əlindən alınıb. Söhbət internet provayderindən gedir. 
"Provayder seçmək hüququmuz belə yoxdur. Binaya ancaq rəhbərliyin ‘təyin etdiyi’ internet xidməti daxil olur. Narazılığını bildirən sakinlərə təzyiq göstərilir. Binanın komendantı isə özünü bu ərazinin sahibi kimi aparır. Elə davranır ki, guya biz burada dustaq, əsirik. Söz deməyə belə imkan vermirlər", - şikayətdə vurğulanıb. 
Sakinlərin bildirdiyinə görə, ən ciddi problem isə mənzillərin Çıxarış ala bilməməsidir. İndiyə qədər ev sahiblərinə “kupça”lar verilmir. Şikayətçilər qeyd ediblər ki, komendant məsuliyyəti birbaşa dövlət rəhbərliyinin üzərinə atır: “İllərdir mənzillərimizə Çıxarış verilmir. Hər dəfə ya aldadılırıq, ya da açıq şəkildə hədə-qorxu ilə qarşılaşırıq. Bizə deyilənə görə, guya bu problem prezidentin göstərişi ilə yaranıb. Ancaq yalandır, iftiradır. Bu bəhanəyə və ittihama görə komendant, binaya məsul şəxslər dindirilməlidirlər. Ona görə həm Xətai polisinin, həm yerli icra qurumunun bizim binada baş verənləri araşdırmasına ehtiyac var. Çünki insanların dövlətə etimadını sarsıtmaq, süni narazılıq yaratmaq üçün bu təxribatlara yol verilir". 
Sakinlər vətəndaşları aldadan həmin şəxslərin tezliklə məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar