Sizin Reklam Burada
Tel: 050 378-66-61

Gəncədə daha bir məktəblinin cəsədi tapılıb

Bu gün, 11:22   



O, ötən ay Gəncədə binadan yıxılaraq öldüyü bildirilən 18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil alırdı

İyunun 18-də Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyev adlı yeniyetmənin cəsədinin aşkarlandığı bildirilir.

Məlumata görə, Ümid Niftəliyev qardaşının təmir sexində usta köməkçisi işləyirmiş.

Mətbuatda 15 yaşlı yeniyetmənin intihar etdiyi iddia olunub.

“İlkin müayinələrdən sonra Niftəliyevin təmir sexində inntihar etməsi müəyyən edilib. Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ümid Niftəliyev Gəncə şəhər 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq öldüyü bildirilən 18 yaşlı Elgün İbrahimov da bu məktəbdə təhsil alırdı.

Gəncə şəhər 34 nömrəli tam orta məktəbdən Meydan TV-yə bildirilib ki, Ümid Neftəliyevin psxoloji durumu qaydasında olub və onun intiharı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

“Çox mehriban, ünsiyyətçil uşaq idi. Depressiv olması və intihar etməsi ilə bağlı deyilənlər yalandır. Biz də onun ölümünə üzüldük”, – məktəbin əməkdaşı deyib.

Meydan TV-yə Gəncə Şəhər Baş Prokurorluğundan faktla bağlı araşdırılma aparıldığını bildirməklə kifayətləniblər.

Elgün İbrahimov ötən ay, mayın 12-də Gəncədə istifadəsiz qalmış binada ağır vəziyyətdə tapılmışdı. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

Ailəsi gəncin döyülərək öldürüldüyünü bildirmişdi.

Mətbuatda onun intihar etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Sonradan Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumata yayaraq Elgün İbrahimovun hündürlükdən yıxılaraq öldüyünü bildirmişdi.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar