Sizin Reklam Burada
Tel: 050 378-66-61

İran-İsrail savaşında ikinci gün: Bakı hansı hazırlıqlara başlayır?

Dünən, 09:35   






İran ərazisində  generalların, onlarla zabitin və nüvə alimlərinin öldürülməsi əməliyyatı artıq ikinci "Hörümçək toru" adlandırılır. Buna səbəb İsrailin İranın içində məxfi dron bazası yerləşdirməsidir. Nəticədə generallar yatdığı yerlərdə aradan götürülüblər. Bu, misli görünməmiş əməliyyat idi. Hətta İsrailin peycerlərlə "Hizbullah"a vurduğu zərbə belə bu əməliyyatın kölgəsində qalır. Bu hücumla İranın dövlət imici darmadağın edildi. Və istənilən an ali dini liderin də vurulmasının mümkün olduğu mesajı verildi. Hətta bu müasir əməliyyat onu da göstərdi ki, ABŞ istəsə elə Kreml liderini də yatdığı yerdə öldürər. Yəni PUA dövrüdür. 

Anxeber.az yazır ki, hadisələrin gedişatı və informasiya seli göz qabağındadır. İranın da verdiyi cavabın nə dərəcədə effektli olması bəllidir. Əsas simaları aradan götürülən İranın İsrailə raketlərlə hücumu heç də ÇAXAL rəhbərliyində olanların öldürülməsi ilə nəticələnməyib. Amma Tehran aldığı bu zərbəyə dalğalı hücumlarla cavab verərək dayanmayacaq. İran İsrailə gözləmədiyi yerdə elə cavab verməlidir ki, hazırda çilik-çilik olmuş imicini bərpa edə bilsin. Ona görə də partlayış həddinə çatan bölgədə uzunmüddətli müharibə, eskalasiya riskinin olması bizi narahat etməlidir. Bəli, hazırda bu münaqişədə Azərbaycanı maraqlandıran məsələ bölgəni nələrin gözləməsidir. Çünki biri qonşumuz, digəri dostumuz olan dövlətlərdir. Bu, həm Bakını diplomatik manevrlər etmək məcburiyyəti qarşısında qoyur, həm də regionun təhlükəsizliyini təmin etmək kimi əşhədü vacib mövzunu gündəmə gətirir.
Nəzərə alsaq ki, artıq Astara sərhəd məntəqəsindən təxliyə başlanıb. Azərbaycan İranda qalan xarici vətəndaşları qəbul edir və ölkələrinə yola salır. Bu da quru sərhədlərin təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır. Əgər regionda müharibə fazasına keçid olunarsa, Azərbaycan daha ciddi qabaqlayıcı tədbirlər görməlidir.
Azərbaycan İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır. İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. Bu halda soydaşlarımıza sığınacaq verməli olacağıq. Müharibənin bu həddə çatmasını arzulamırıq. Digər tərəfdən Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb. Çünki İranın mühafizəkar dairələri radikallaşaraq ABŞ və İsraillə əməkdaşlıq edən bölgə ölkələrinə qarşı “addımlar” ata bilərlər.
Bundan əlavə, İranın başı özünə qarışıb deyə Zəngəzur dəhlizi üçün fürsət yaranır. Lakin Bakı gözləmə mövqeyindədir. Tehrandakı rejimin irəliləyən dövrdə çöküşü sürətlənərsə, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı addımları sürətlənə bilər.


Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar