Sizin Reklam Burada
Tel: 050 378-66-61

Özünə gələn Araz Musayev Adil Əliyevi ona hücumu təşkil etməkdə suçlayıb

Dünən, 10:16   



Dünən sui-qəsdə məruz qalan Azərbaycan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev özünə gəlib.

 

 Araz Musayev Unikal.az-a açıqlama verərək Kinboksinq Federasiyasının rəhbərliyini, yəni Adil Əliyevi ona sui-qəsd təşkil etməkdə suçlayıb:

– Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular.


Musayev onu da deyib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.


 

Musayev onu da bildirib ki, ona beşbarmaqla üzündən, bıçaqla isə başından və bədənindən iki zərbə vurublar:

– Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim.

 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar