Əməliyyata illərlə hazırlıq gedib
Hurriyyet.az xəbər verir ki, "Tayms of İsrail" (Times of Israel ) nəşrinin yazdığına görə, "Mossad" agentləri İranın paytaxtı Tehran şəhərinin yaxınlığında PUA bazası yaradıbmışlar. Bu barədə qəzetə təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib. Onun sözlərinə görə, İsrail İranın nüvə və raket planına qarşı əməliyyatın hazırlanmasına illər sərf edib: "Plana İran ərazisində PUA bazasının inşası və qaçaq yolla yüksək dəqiqlikli sistemlərin və xüsusi təyinatlıların ölkəyə keçirilməsi daxil idi. Planın hazırlanıb həyata keçirilməsi üçün ordu ilə "Mossad" kəşfiyyat idarəsi arasında birgə səy göstəriblər. "Mossad" agentləri Tehran yaxınlığında, dron bazası yaradıblar".
Qəzetin yazdığına görə, bununla yanaşı, İrana qaçaq yolla silah sistemləri daşıyan nəqliyyat vasitələri keçirilib. Bu sistemlər İranın HHM sistemlərini sıradan çıxarıblar. Nəticədə İsrail təyyarələri İranın hava məkanında sərbəst hərəkət ediblər.
İsrailli mənbənin məlumatına görə, digər gizli cəhd isə "Mossad"ın xüsusi təyinatlılarının İranın mərkəzi hissəsindəki HHM obyektləri yaxınlığında yüksək dəqiqlikli raketlər yerləşdirilməsi olub.
Hürr Tərcüman