Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Diqlas”la birgə 1000 sahibkar və 200 milyon “yandı”?

26-03-2019, 15:46   



Bu gün yanan “Diqlas” Ticarət Mərkəzində 1000 mağazanın olması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Anaxeber.info bildirir ki, bu barədə Axar.az-a ticarət mərkəzində çalışan işçilərdən biri məlumat verib. Onun sözlərinə görə, dördmərtəbəli, o qədər də geniş ərazini əhatə etməyən bir binada 1000 obyektin olması mümkün deyil:

“Sahibkarlara dəyən ziyanın da 200 milyon manat olması barədə yayılan məlumat həddən artıq şişirdilib. Belə çıxır ki, 1000 obyekt olub və hər obyektdə də ortalama 200 min manatlıq mal varmış? Axı, “Diqlas” kimi ticarət mərkəzlərində bir mağazada 200 minlik malın olmasını necə təsəvvür etmək olar?”

Mənbənin məlumatına görə, yayılan məlumatda rəqəmlər 15-20 dəfə şişirdilib.

Qeyd edək ki, bu gün “Diqlas” Ticarət Mərkəzində böyük yanğın baş verib. FHN-nin yaydığı son məlumata görə, ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar