Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

8-12-2017, 22:14   
“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı


BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində
uğurla iştirak edən “Nar” ən son yeniliklərini nümayiş etdirib.
Dörd gün davam etmiş sərgi müddətində “Nar” stendi ziyarətçilərin böyük marağına səbəb
olub. Burada maraqlı təqdimatlar, bir çox sınaqlar keçirildi, müsabiqələr və müxtəlif yarışmalar
təşkil edilib. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin ən çox
ziyarət edilən stendi seçilib.
Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr
böyük maraq doğurub. Sərginin keçirildiyi günlərdə “İrşad Electronics” mağazalar şəbəkəsi ilə
birgə təşkil edilmiş müsabiqədə “Nar” stendinin ziyarətçiləri, hər gün bir smartfon olmaqla,
ümumilikdə dörd dəyərli smartfon qazanıblar. Sərgi iştirakçıları mobil operatorun ən son
məhsul və layihələri ilə bilavasitə tanış olmaq fürsəti qazanıblar və “Nar” şəbəkəsinin təqdim
etdiyi yüksəksürətli internet bağlantısını test ediblər.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar