
Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar”
yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış
genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə
yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin
istifadəsinə təqdim etdi. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər
mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən
yararlanmaq fürsəti əldə ediblər. Beləliklə, Gəncə şəhərindəki “Nar” abunəçiləri də mobil
operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet
resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazandılar.
Qeyd edək ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün
Azərbaycanın müxtəlif bölgələrində yeni 3G və LTE baza stansiyaları quraşdırmaqla şəbəkənin
təkmilləşdirilməsi işləri davam etdirilir. “Nar” Bakı şəhəri, Abşeron yarımadası və Gəncə
şəhərində xidmət göstərən 4G baza stansiyaları ilə öz istifadəçilərinə ölkədəki ən böyük
mobil rabitə şəbəkələrindən birini təqdim edir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni
əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib.



