
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiridən sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis Ankaraya gərgin səfərə gəlir. Bildirilir ki, Ceyms Mettisin Ankaraya səfərində prezident Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Müzakiələrdə əsas məsələnin ABŞ-dan PKK-nın qolu olan YPG-yə göndərilən silahlar olacağı gözlənilir.Amerikalı nazirin birgünlük səfərində çantasında "qırmızı qovluqlar" olacağı deyilir.
Amerika hər ay PKK-nın qolu olan YPG-yə göndərdiyi silahların hesabatını rəsmi Ankaraya təqdim edir.Ancaq görünən odur ki, Ankara bu hesabatlarla razılaşmır və daha detallı məlumat istəyir.Müzakirələrdə masaya qoyulacaq digər mövzu Türkiyənin gözlənilən İdlib əməliyyatıdır.Eyni zamanda Rusiyadan alınan “S-400”lərin də Amerika tərəfinin müzakirəyə çıxaracağı məsələ olması ehtimalı var.
Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, son zamanlar Türkiyə ABŞ münasibətlərində bir qədər fərqli informasiyalar səslənir: “Bunun müxtəlif səbəbləri var. İndi ABŞ-da yeni prezident seçilib, orada yeni siyasi prioritetlər cızılıb. Türkiyəyə qarşı xoşagəlməz ifadələr işlədilib və müxtəlif münasibətlər müşahidə olunur. Belə bir fonda ABŞ müdafiə naziri Ceyms Mettisin Türkiyəyə gəlməsi və Ankara rəsmiləri ilə görüşü hər iki dövlət üçün müsbət bir amildir. Əvvəla hər iki dövlət eyni hərbi siyasi blokun üzvüdür.Türkiyənin NATO-da silahlı qoşunu var. Ümumən Türkiyə bu alyansda ən güclü hərbi oyunçudur.Bunu da Vaşinqtonda yaxşı dərk edir və başa düşürlər ki, Türkiyəni itirmək olmaz.Türkiyə bu regionda mühüm rol oynayır”.
Politoloqun qənaətincə, Vaşinqton Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşmasından müəyyən dərəcədə narahatdır: “Görünür, bu narahatçılıq belə səfərlərin təşkil olunmasında öz əksini tapır. Düşünürəm ki, onların belə narahatçılığına əsas var. Əgər onlar istəyirlər ki, Türkiyə Qərbin yanında olsun, ABŞ-la bir istiqamətdə siyasi addımlar atsın, onlar rəsmi Ankaranın xüsusiyyətlərini nəzərə almalıdır.Bilirik ki, amerikalılar İraqın şimalında kürd dövləti yaratmaq istəyir və onları dəstəkləyir.Halbuki Türkiyə uzun illər ərzində PKK-çılardan əziyyət çəkir, onlarla vuruşur.Zənnimcə, görüşdə bir sıra mühüm siyasi məsələlər ciddi müzakirə edilib, müəyyən qərarlar çıxarıla bilər”.
Yeganə Oqtayqızı
Cebhe.info