
İŞİD-ə qarşı yeni qrup yaradılıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mətbuat yeni yaradılan qrupun adının “Bəyaz Kəfənlilər” olduğunu bildirib. Onların İŞİD nümayəndələrini tək-tək taparaq öldürdükləri deyilib. “Bəyaz Kəfənlilər”in indiyə qədər 100 İŞİD nümayəndəsi öldürdüyü vurğulanıb. Qrupun belə addım atmaqda məqsədinin İŞİD-ə qoşulanlarda qorxu yaradaraq, sıralarının genişlənməsinə maneçilik törətməkdən ibarət olduğu söylənilib.