Sizin Reklam Burada
Tel: 050 378-66-61

İmtahanda tədris proqramından kənar suallar verilir? – Məleykə Abbaszadə onları “meydan”a çağırdı - VİDEO

Dünən, 10:14   



İmtahanda tədris proqramından kənar suallar verilir? – Məleykə Abbaszadə onları “meydan”a çağırdı - VİDEO

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərin imtahan suallarının tədris proqramına uyğun olmaması ilə bağlı iddialarına münasibət bildirib.

“Abituriyentlər bunu demirlər. Bu fikirləri daha çox kurs rəhbərləri və bəzi müəllimlər səsləndirirlər. Ola bilsin ki, onlar tədris proqramı və kurikulumla tam tanış deyillər. Tədris proqramı dedikdə, mövcud dərsliklər və təsdiqlənmiş kurikulum nəzərdə tutulur. Bizim hazırladığımız imtahan sualları da məhz bu baza əsasında formalaşır. Heç bir sual tədris proqramından kənar verilmir”.

O, müəllimlərin təcrübəsinin artırılması, elmi və metodiki biliklərinin yenilənməsi üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığın vacibliyini də vurğulayıb.

DİM sədri bildirib ki, elmi müzakirələr üçün həmişə açıq seminarlar təşkil olunur. Bu il də seminarların canlı formatda keçirilməsi üçün elan verilib və 165 nəfər qeydiyyatdan keçib:

“Bu, kifayət qədər yaxşı rəqəmdir və onların əksəriyyəti məktəb müəllimləridir. Amma özünü ekspert kimi təqdim edən şəxslərin çox az hissəsi həmin müzakirələrdə iştirak üçün qeydiyyatdan keçib. Buyursunlar, meydan buradadır, gəlib elmi müzakirələrdə iştirak etsinlər”.

Hurriyyet.az ətraflı Baku TV-nin süjetini təqdim edir:

facebook sharing button


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar