Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıdakı İran klinikasında qəfil yoxlama: Bağlanmaya qədər apardı

14-07-2023, 13:15   

 

Bakıdakı İran klinikasında qəfil yoxlama: Bağlanmaya qədər apardı - ÖZƏL


Bakıda fəaliyyət göstərən İran klinikasında plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, aşkarlanan nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib: 

"Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyəti üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib". 

Qeyd edək ki, aprel ayında saytımıza klinikanın bağlanması haqqında məlumat daxil olmuşdu. Lakin klinika məlumatı təkzib etmişdi.

Xatırladaq ki,İran Qızıl Aypara Cəmiyyətinin Bakıda yerləşən klinikası 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanın Tehrandakı səfirliyinə hücumu, iki ölkə arasında yaşanan gərginlikdən sonra paytaxt Bakıda fəaliyyət göstərən İran klinikasının bağlanması haqqında sosial şəbəkələrdə iddialar səsləndirilirdi.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar