ABŞ öz partnyorları ilə birlikdə Venesuelada hakimiyyət dəyişikliyi planını hazırlayır.
Cebhe.info xəbər verir ki, bunu dövlət katibi Mayk Pompeo bildirib.
Onun sözlərinə görə, Vaşinqton Nikolas Maduronun prezident postundan getməsinə nail olacaq. O, həmçinin bəyan edib ki, ölkədə azad və ədalətli seçki keçirilməsi vacibdir.
"Artıq 50 ölkə Xuan Quaidonun prezidentliyini qəbul edib. Biz də ölkədəki rejimə qarşı sərt sanskiya tətbiq etmişik", - deyə Pompeo vurğulayıb.
Bununla yanaşı qeyd edib ki, ölkədə hələ çox iş görmək lazımdır və dövlət katibi bu barədə danışarkən keçmiş SSRİ-ni xatırladıb: "Mən keçmiş dövlət katibi Beykerin sözlərini xatırlayıram. O bildirirdi ki, SSRİ-nin dağılmasına, bu strategiyanın baş tutacağına da heç kəs inanmırdı. Ancaq o işlədi".
Xəzər
Cebhe.info