Fotonun müəllifiEPAImage captionDonald Trump ABŞ-ın İrana "davranışını dəyişdirənə" qədər əlavə maliyyə və iqtisadi sanksiyalar tətbiq edəcəyini söyləyib.
ABŞ Prezidenti Donald Trump İraqdakı ABŞ qüvvələrinin yerləşdiyi hava bazalarına raket atmış İranın "geri çəkildiyini" söyləyib.
Cənab Trump Ağ Evdən televiziya vasitəsilə çıxışında hücumlarda heç bir ABŞ və ya İraq vətəndaşının ölmədiyini və bazalara yalnız minimal zərər dəydiyini bildirib.
Donald Trump ABŞ-ın İrana "davranışını dəyişdirənə" qədər əlavə maliyyə və iqtisadi sanksiyalar tətbiq edəcəyini də söyləyib.
İraqın Ərbil və Əl-Əsəd bazalarına çərşənbə günü erkən saatlarda hücum edilib.
İranın dövlət televiziyası hücumun ölkənin ən nüfuzlu hərbi komandiri Qasım Süleymaninin ABŞ prezidenti Donald Trump-ın göstərişi ilə Bağdadda pilotsuz təyyarə vasitəsilə bombalanaraq öldürülməsinə cavab olduğunu bildirib.
İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyi İraqdakı ABŞ hərbi bazalarına zərbəni "ABŞ-ın üzünə sillə" adlandırıb. O, Amerikanın Yaxın Şərqdəki mövcudluğuna son qoymağa çağırış edib.
ABŞ pilotsuz təyyarəsinin İraqın paytaxtı Bağdadda general Süleymanini və İranın dəstəklədiyi hərbi şəxslərini hədəf alması İran və ABŞ arasındakı münasibətlərin onsuz da pisləşdiyi vaxtda böyük gərginliyə səbəb olub.
Çərşənbə axşamı ABŞ səfirliyinin yerləşdiyi Bağdadın ciddi mühafizə olunan Yaşıl Bölgəsinə azı iki raket düşüb, laki burada dağıntı və tələfat barədə məlumat verilməyib.
Bununla yanaşı ABŞ-ın vitse-prezidenti Mike Pence CBS News-a verdiyi açıqlamaya görə, "kəşfiyyat"müəyyənləşdirib ki, İran müttəfiqi olan hərbi qruplardan ABŞ hədəflərinə hücum etməməyi istəyib.
"İranın Amerikanın hədəflərinə və ya mülki şəxslərə qarşı hərəkət etməməsi üçün eyni hərbi qruplara mesaj göndərməsi ilə əlaqədar bəzi həvəsləndirici kəşfiyyat məlumatları alırıq. Ümid edirik ki, bu mesaj əks-səda verməyə davam edər", o bildirib.
Fotonun müəllifiIRANİAN LEADER'S PRESS OFFİCE - HANDOUT/ANADOLU A
Xameneyi nə deyib?
"Dünən gecə biz onların üzünə sillə vurduq", İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyi İraqdakı ABŞ hərbi bazalarına zərbə barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu cür hərbi əməliyyatlar "qarşıdurmaya kifayət etmir".
"Əsas odur ki, ABŞ-ın korrupsiyalaşmış varlığına son qoyulmalıdır", Ayətullah əlavə edib.
ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına görə, yerli vaxtla təxminən gecə saat 1:30 radələrində İraqda ABŞ qoşunlarının yerləşdiyi iki aviabazaya çoxlu ballistik raket zərbələri endirilib.
İtkilərin olub-olmadığı məlum deyil.
Pentaqon İraqın Ərbil və Əl-Əsəd bölgələrində iki yerə hücum edildiyini bildirib.
"ABŞ-ın İraqdakı obyektlərinə hücum məlumatları barədə xəbərdarıq. Prezidentə məlumat verilib və vəziyyəti yaxından izləyir və milli təhlükəsizlik komandası ilə məsləhətləşir", - Ağ Evin sözçüsü Stephanie Grisham bildirib.
Fotonun müəllifiIRIBImage captionHücumlara aid olduğu deyilən görüntülər İranın dövlət televiziyasında göstərilib
Bu, qarşıdurmanın sonudurmu?
Bu, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsindən bəri İranın ABŞ-a etdiyi ən birbaşa hücumdur.
İran İnqilab Keşikçiləri hücumun Süleymaninin ölümünə cavab olduğunu deyib.
"Biz öz bazalarını onun terrorçu ordusuna vermiş bütün ABŞ müttəfiqlərinə İrana qarşı hər hansı təcavüzkar hərəkətlərin başlanğıc nöqtəsi olan hər bir ərazinin hədəfə alınacağı ilə bağlı xəbərdarlıq edirik" - İranın dövlət İRNA xəbər agentliyinin verdiyi açıqlamada bildirilir.
İranın xarici işlər naziri Cavad Zərif Twitter hesabında hücumun özünümüdafiə xarakteri daşıdığını və vəziyyətin müharibəyə çevrilməsini istəmədiyini yazıb.
Iran took & concluded proportionate measures in self-defense under Article 51 of UN Charter targeting base from which cowardly armed attack against our citizens & senior officials were launched.
We do not seek escalation or war, but will defend ourselves against any aggression.
All is well! Missiles launched from Iran at two military bases located in Iraq. Assessment of casualties & damages taking place now. So far, so good! We have the most powerful and well equipped military anywhere in the world, by far! I will be making a statement tomorrow morning.
@realDonaldTrump tərəfindən edilən nömrəli Twitter paylaşımın sonu
Nə baş verib?
ABŞ və koalisiya qüvvələrinin İraqda yerləşən hərbi bazası hücuma məruz qalıb - onlardan biri Əl-Əsəd, digəri isə Ərbil şəhərində baş verib.
Tehran Qasım Süleymaninin dəfnindən bir neçə saat sonra yerli vaxtla təxminən gecə saat 1:30 radələrində İran ərazilərindən çox sayda ballistik raket atıb.
Qərbi İraq bölgəsinin Ənbər əyalətində yerləşən Əl-Əsəd aviabazası azı altı raketlə vurulub.
Həmin gün ABŞ Prezidenti Donald Trump ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasının ölkə üçün ən pis şey olacağını demişdi.
ABŞ-ın İraqda 5000 hərbiçisi var.
Böyük Britaniyanın Xarici İşlər İdarəsi BBC-yə deyib: "Biz təcili olaraq faktları müəyyənləşdirmək üçün çalışırıq. İlk prioritetimiz ingilis heyətin təhlükəsizliyidir."