Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan sərhədçisi şəhid oldu

7-01-2020, 18:55   


Azərbaycan sərhədçisi şəhid oldu
  • Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar