Want create site? Find Free WordPress Themes and plugins.
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.
Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
A24.Az