Sizin Reklam Burada
Tel: 050 378-66-61

Səddamın “sağ əli” olan general müharibə elan etdi: Öldürüldükdən 3 il sonra senssasion “dirilmə”

9-04-2018, 17:29   




ABŞ-ın 2015-ci ildə öldürdüyünü elan etdiyi, İraqın keçmiş lideri Səddam Hüseynin “sağ əli” İbrahim el-Durinin sağ olduğu üzə çıxıb.

Cebhe.info xəbər verir ki, sensassion video ilə ortaya çıxan el-Duri Bağdad hökumətinə qarşı müharibə elan edəcəyini bildirib.

Cebhe.info xatırladır ki, Səddam Hüseynin öldürülməsindən sonra itkin hesab edilən general İzzət İbrahim el-Durini 17 aprel 2015-ci ildə ABŞ əsgərlərinin keçirdiyi əməliyyatda  öldürüldüyü bildirilmişdi. Onun İraqın Səlahəddin şəhərində öldürüldüyü deyilirdi.

3 il sonra ortaya çıxan general Facebook hesabından video yayınlayıb. Baas Partiyasının 71-ci ildönümü münasibətilə yayınladığı videoda general İranı da kəskin tənqid edib və Yaxın Şərq siyasətinin doğru olmadığıın bildirib. Eyni zamanda Səudiyyə Ərəbistanından kömək istəyib. Partiyadaşlarının sərbəst buraxılmayacağı təqdirdə rəsmi Bağdada müharibə elan edəcəklərini deyib.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar