Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Skripal işi”ndə Azərbaycan hansı tərəfi seçdi? – Rusiyanı, yoxsa İngiltərəni? -VİDEO

6-04-2018, 14:38   


“Skripal işi”ndə Azərbaycan hansı tərəfi seçdi? – Rusiyanı, yoxsa İngiltərəni? – VİDEO

Want create site? Find Free WordPress Themes and plugins.

“Skripal işi”nə görə İngiltərə ilə Rusiya arasında gərginlik davam etməkdədir.

“A24.az” xəbər verir ki, İngiltərədə rus casusun zəhərlənməsi ilə bağlı araşdırma aparan laboratoriya açıqlama verib. Açıqlamasında bildirib ki, Sergey Skripal və qızının zəhərlənməsinə səbəb olan sinir qazının harda istehsalı olunduğunu təsbit etmək mümkün olmayıb. Bu hücumun arxasında bir dövlətin olduğu düşünülür, ancaq “Noviçok” qazının harda hazırlandığını aşkar etməyin onların işi olmadığını ifadə ediblər.

Digər tərəfdən Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının toplantısında İngiltərədə Skripal və qızına qarşı həyata keçirilən kimyəvi hücumu birgə tətdiq etmək təklifi rədd edilib. Hücumun arxasında olmadığını müdafiə edən və İngiltərənin bu mövzuda daha çox dəlil göstərməsini bildirən Rusiyanın tələbi ilə Hollandiyada bir konfrans gerçəkləşdirilib. Həmin toplantıda Çin, Azərbaycan, Əl-Cəzair və İran Rusiyanın kimyəvi hücumu birgə tətqiq etmək təklifini dəstəkləyən ölkələr arasında olub.

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırır, Moskva isə bütün ittihamları rədd edir.

“A24.az” Türkiyə mediasında yayımlanan xəbəri təqdim edir:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar