Want create site? Find Free WordPress Themes and plugins.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
A24.az xəbər verir ki, sərəncamda bunlar qeyd edilir:
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.”
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
A24.az