
Türk ordusu Afrindəki əməliyyatları davam edir
A24.az xəbər verir ki, Əməliyyatın gedişində mehmetciklə ASO daha çətin bir mərhələni başa vurublar. “Zeytun budağı” əməliyyatının 43-cü günü Afrinin strateji məntəqələrindən olan, Raco bu dəqiqələrdə ələ keçirilib. Xəbər TSK baş qərargahı tərəfindən təsdiqlənib. Əməliyyatın gedişində Ramadiyyə və Hamilek kəndləri azad edilib və 2434 terrorçu öldürülüb.
A24.az//