Sizin Reklam Burada
Tel: 050 378-66-61

Hakimiyyətə qarşı geylərin həbsi projesi necə iflasa uğradı? - Müdhiş iddialar...ÖZƏL

27-09-2017, 09:27   


Bakıda transseksualların kütləvi şəkildə polis tərəfindən saxlanması ilə bağlı maraqlı iddialar səslənməkdədir.
Siam.Az-a verilən xəbərə görə, cinsi azlıqların inzibati qaydada həbsinin arxasında siyasi motivlər dayandığı bildirilir. Onlardan 5 nəfərdə QİÇS və sifilis xəstəlikləri aşkarlandığı məlum olub.
Lakin ölkədə onların sayını təsbit etmək mümkün deyil və daha kimlərin xəstəlik daşıdığını müəyyən etmək çətindir. Bu baxımdan LGBT əməliyyatının siyasi detalları olduğu deyilir.
Belə ki, prezident İlham Əliyevin Nyu-Yorkda BMT-nin 72-ci sessiyasında iştirak etdiyi bir vaxtda cinsi azlıqların həbs olunması Qərb və ABŞ dairələrinə bir mesaj ola bilər.
Qərb dövlətlərində, eləcə də Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklər arasında müddəalardan biri də homoseksualların hüquqlarının qorunmasıdır.
Onlar da hər bir vətəndaş kimi eyni hüquqlara malikdir və təzyiqlərlə üzləşmələri artıq hüquqlarının pozulması kimi qiymətləndirilir.
Ölkə başçısının BMT-də olduğu ərəfədə bu həblərin olmasında məhz beynəlxalq dairələrə ismarıc verildiyi iddia olunur.
Yəni, Azərbaycanda LGBT üzvlərinə qarşı təzyiqlər var. Hərçənd, onlara qarşı heç vaxt hakimiyyət tərəfindən basqılar olmayıb.
Sadəcə, hakimiyyətdəki 5-ci kolon dəstəsinin prezident Amerikada olarkən hərəkətə keçməsi və belə bir ssenarini reallaşdırması ehtimalı var.
Qərbdən prezidentə təzyiqlər və bəyanatlar gəlməsinə nail olmaq istəsələr də, ruspərəstlərin bu cəhdi baş tutmadı. Çünki LGBT üzvləri sərbəst buraxılıblar və tibbi müayinədən keçiblər.
Yada salaq ki, “Avroviziya” ərəfəsində Bakıda gey-parada olacağı xəbəri yayılmışdı. İrandan Azərbaycana qarşı qərəzli bəyanatlar gəlməkdə idi.
O zaman prezidentin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İrandakı bəzi dairələri yerində oturtdu və lazımi cavab verdi.
Bu dəfə isə Azərbaycanda guya geylərə basqılar var mənəzərini yaratmaq istəyən qüvvələrin planı alt-üst oldu. Azərbaycanda dini, irqi, cinsi ayrı-seçkilik heç zaman olmayıb və dövlətin siyasətində də bu hallara rast gəlinməyib.
Sadəcə, seçkiqabağı Qərbdən tənqidlər eşitmək üçün məkrli ssenarilər cızanlar var. Necə ki, Mehman Əliyevin həbsi həmin siyasətin başlanğıcı idi.
Məqsəd Qərbyönümlü jurnalisti həbs etməklə İ.Əliyevlə Avropanın münasibətlərini korlamaq idi. Amma “Yeni əsrin müqaviləsi” imzalandı, prezident BMT-yə getdi, yüksək səviyyədə çıxış elədi.
Bununla Azərbaycanın strateji seçminin Avropa, Avroatlantik məkana inteqrasiya olduğunu nümayiş etdirdi.
Siam.az yazır ki, 2014-cü ilin yanvarında Azad LGBT adlı təşkilatın açıq gey olan rəhbəri İsa Şahmarlı özünü Göy qurşağı bayrağından asaraq intihar etmişdi.
İntihar vaxtı işsiz və borclu olan İsa onu “xəstə” hesab edən ailəsindən də uzaqlaşmışdı. Öz şəxsi Facebook hesabında ölümündən qabaq mesaj yazmış İsa cəmiyyəti ölümündə günahkar elan edirdi.
Onun mesajı isə ölümündən sonra dostları tərəfindən aşkarlanmışdı. Şahmarlının ölümü Azərbaycanda LGBT hüququ sahəsində aktivliyin yaranmasına səbəb olmuşdur.
İsanın ölüm günü Azərbaycanda LGBT Şərəf Günü kimi qeyd edilir. Vikipedik məlumatlarda belə qeyd olunur.
2015-ci ildə Azərbaycanda üç LGBT təşkilatı fəaliyyət göstərir. “LGBT Azerbaijan Gay.Az” Azərbaycanda LGBT fərdlər üçün nəzərdə tutulmuş ilk informasiya portalıdır.
Gender və Tərəqqi İctimai Birliyi 2007-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təklif edilən yerli layihələrin həyata keçirilməsi məqsədiylə yaradılıb.
Nəfəs LGBT Azərbaycan təşkilatının əsası 2012-ci ildə qoyulub[40]. Müxtəlif tədbirlər həyata keçirən təşkilat, Avropa Birliyinin Azərbaycandakı deleqasiyası və müxtəlif ölkələrinin səfirlik nümayəndələri ilə ölkədəki LGBT problemlərini müzakirə edir. Azad LGBT təşkilatının əsası 2012-ci ildə İsa Şahmarlı tərəfindən qoyulmuşdur.
Təşkilat təhsil sahəsindəki LGBT problemləri və mediada daha yaxşı təmsil olunma ilə bağlı məsələlərlə məşğul olur. Təşkilat LGBT film gecələrinin təşkili də daxil olmaqla, Bakıda müxtəlif tədbirlər keçirir.
Kifayət qədər detallar, faktlar, təşkilatlar var ki, Azərbaycanda geylərin fəaliyyətinin sərbəst olduğunu təsdiqləsin. Onların zaman-zaman bədənlərini satması isə artıq tamamilə başqa mövzudur ki, bu da xəstəliklərin yaranması təhlükəsi deməkdir. Bu baxımdan ölkədə 100-dən çox geyin həbsi barədə yayılan xəbərlərdən siyasi don geyindirmək üçün istifadə edənlərin cəhdləri baş tutmur.
Sosial şəbəkələrdə də fəallar qeyd edirlər ki, bu məsələ oyundur və münasibət bildirmək olmaz. Odur ki, müxalifət liderlərindən həbslərə münasibət bildirilməsi tələb olunsa da, onlar susmağa üstünlük verirlər. Çünki ortada siyasi bir blef var...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar