Sizin Reklam Burada
Tel: 050 378-66-61

Vulkan püskürməsindən sonra Bakıda zəlzələ gözlənilir? - AMEA-dan hamını düşündürən suala CAVAB

3-05-2017, 15:20   

Ötən gün Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırki püskürməsi sayca 25-cidir.

Püskürmə yeraltı təkanlarla da müəyyən qədər əlaqəlidir. Zaman-zaman istər Xəzər dənizində, istərsə də quruda zəlzələlər baş verir. Mütəxəssislər baş verən zəlzələ və palçıq vulkanlarının ocaqlarda aktivliyi daha da artırdığını hesab edirlər.

Maraqlıdır, ocaqlarda aktivliyin artması ilə növbəti zəlzələ və ya vulkan püskürməsi gözlənilirmi?



AMEA Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, professor Adil Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, palçıq vulkanının zəlzələ ilə sıx əlaqəsi var:

“Təkcə zəlzələ palçıq vulkanının oyanmasına, püskürməsinə səbəb olur. Biz hazırda monitorinq aparırıq. 10 gün sonra işlərimiz tamamlanacaq. Vulkanların aktivləşməsi zəif zəlzələlərin baş verməsi haqda xəbərçidir”. Mütəxəssisin sözlərinə görə, budəfəki vulkan püskürməsi zəif olub, artıq sakitləşib: “Növbəti vulkan püskürməsi gözlənilmir. Hazırda aktiv vulkanlar var ki, onların püskürmə ehtimalı var. Əvvəlcədən bu barədə demək düzgün olmaz. Amma ehtimal olunan vulkanlar Abşeron və Qobustan ərazilərindədir”.

Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar