
Yeni il gecəsini qana bulayan terrorçunun hücumdan əvvəl və sonraya aid yeni məlumatlar ortaya çıxıb.
Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, gecə klubunda 39 adamı qətlə yetirən edən terrorçunun həmin gecə 8 dəfə taksidən istifadə etdiyi məlum olub. Terrorçunun "Əbu Müslim Xorasani" kod adından istifadə etdiyi iddialar arasındadır.
Terrorçu qətldən sonra gödəkçəsini dəyişib özünü yaralı kimi göstərərək aradan çıxa bilib.
Gecə klubuna gəlmək üçün taksiyə kürəyində biri böyük biri kiçik iki canta ilə minən terrorçu Ortaköyə çatanda kürək çantasındakı avtomat silahı və maqazini çıxarıb. Saat 01.18-də atəş açaraq "Reina"ya girib. Qapıda o gecə iş başında olan 4 polisdən 3-nün hücum əsnasında təsadüfən orada olmadığı aşkarlanıb. Hadisədən 15 gün əvvəl yoldaşıyla birlikdə İstanbula gələn terrorçunun hücumdan 3 gün əvvəl həyat yoldaşını Konyaya göndərdiyi təsbit edilib.
Məcid
Cebhe.info