Sizin Reklam Burada
Tel: 050 378-66-61

Bakıda ''avtoşluq'' edən xanım polis Baş Mühafizə İdarəsinin əməkdaşıdır - FOTO

18-11-2016, 13:46   


Bir neçə gün əvvəl Bakının mərkəzində avtoxuliqanlıq edən xanım polis əməkdaşının tutulması barədə yeni detallar üzə çıxıb. Criminal.az saytı noyabrın 11-də polis əməkdaşı olan 30 yaşlı Esmira Zahir qızı Neymətova idarə etdiyi bahalı 10 MA 084 dövlət nömrə nişanlı Jeep markalı avtomobillə Neftçilər prospektində avtoxuliqanlıq etməsi və saxlayaraq maşının cərimə meydançasına aparılması barədə xəbər versə də, Səbail polisi məlumatı təkzib etmişdi. Səbail Rayon Yol Polis Şöbəsindən report.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, E.Neymətova ''avtoşluq'' etməyib və polis əməkdaşı deyil.

Buna da bax: Bakıda ''avtoşluq'' edən xanım polis tutuldu - RƏİSİN ''ADAMIDIR'' FOTO
Halbulki həmin xanım saxlanılan zaman polislərə etiraz edərək yüksək vəzifəli adamların adından istifadə edərək məsuliyyətdən yayınmaq istəyib. Hətta o, polislərə yüksək vəzifəli polis zabitinin yaxın adamı olduğunu deyib. E.Neymətovanın adından istifadə etdiyi şəxslə əlaqə saxlanılıb və onun qızı tanımadığı üzə çıxıb.

Polisin E.Neymətovanın əməlini hansı səbəbdən ört-basdır etməsini dəqiq bilməsək, Criminal.az-a daxil olan məlumat qaranlıq məqamlara az da olsa aydınlıq gətirdi.

Məlum oldu ki, E.Neymətova Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşıdır. Eyni zamanda Polis Akademiyasında təhsil alır.

Baş Mühafizə İdarəsindən Criminal.az saytına E.Neymətovanın hansı vəzifədə çaılışması haqda açıqlama verilmədi.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar