Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

''Nikoil bank'' evimi əlimdən alır''-VIDEO

17-11-2016, 09:33   



Fatma Əliyevanın evi ayyarımdan sonra əlindən alına bilər. Qadın deyir ki, "Nikoil bank"ın 9 saylı filialnın mütəxəssisi Azad Abıyev onu aldadaraq, 24 min 300 dollarlıq müqailəyə imza atdırıb.

Belə ki, o, ilk dəfə 12 min 500 manat, daha sonra 3000 manat kredit götürdüyünü deyir. İndi Fatma Əliyeva Baş Prokurorluğun önünə gəlib, dərdinə çarə axtarır.

Xanım deyir ki, bu ilin iyulunda bankda olarkən, Azad Abıyev ona qarşı zorakılıq edib. Bankın əməkdaşına Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb.

"Nikoil bank"dan Meydan TV-yə bildirilib ki, bankın 9 saylı filialı bağlanıb, Azad Abıyev artıq bankın əməkdaşı deyil. Bank rəhbərliyi də bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov düşünür ki, məbləğ məsələsində vətəndaşın aldanması ehtimalı azdır.

Ekspert bildirir ki, əgər vətəndaşın evini itirmək təhlükəsi varsa, bu halda dövlət hərəkətə keçməlidir.

Baş prokurorluq şikayətçini Bakı Şəhər Prokurorluğuna yönləndirib. Çəkilişdən sonra Fatma Əliyevanı Bakı şəhər Prokurorluğunda qarşılayıb, işin nəzarətə götürüləcəyini bildiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar