Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bərdədə Vilayət Eyvazova şikayət olundu

Bu gün, 09:39   




"Mən Hüseynova Sevinc  Bərdə şəhər sakini, şikayətim əvvəllər Bərdədə yerləşən "Azkredito İnvestisiya" MMC-nin sahibi, Gəncə şəhər sakini Kərimov Sənan Taleh oğlu və Bərdə Şorəli kənd sakini  Əlizadə Billurə Asif qızındandır". Anaxeber.com-a daxil olan şikayət məktubunda belə deyilir. Onun sözlərinə görə, valideyni xəstələnəndən sonra ehtiyacı olduğuna görə brillantlarını, platinlərini, qızıllarını, qızıl beşliklərini sözügedən MMC-yə girov qoyub: "Onlardan bunun qarşılığında 3 min manatdan az miqdarda pul götürmüşəm. Üç ay sonra həmin vəsaiti bu şəxslərə ödəməyimə baxmayaraq, Sənan Kərimov pulu məndən götürmədi və əvəzində məndən 5 min manat istədi. Yəni mənə verdiyindən 2 min 300 manat artıq tələb etdi. Ona iradımı bildirdim ki, o qədər pulum yoxdur. Mən bu pulu güclə toplaya bilmişdim. 
Həmin şəxs bildirdi ki, xeyr, elə 5 min manat ödəyəcəksən. Bildirdim ki, o zaman qızıllarıma toxunmayın, qalsın burada". 

Şikayətçi deyib ki, üzərindən illər keçib pandemiya da oldu, müharibə də oldu, 2025-ci ilə çatmışıq, həmin şəxs indiyə qədər gizlənərək məsuliyyətdən yayınır, pulunu da götürmür: "Bu adam məni illərdir aldadır. Ona görə də Daxili İşlər naziri, cənab Vilayət Eyvazova səslənlənirəm, mənə kömək edin. Bu iki nəfər malımı əlimdən alaraq gizləniblər. Mənə kömək edin bu iki nəfərdən halal malımı geri alım".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar