Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir" + VİDEO

Bu gün, 08:19   



Son zamanlar adı qalmaqallarda hallanan tikinti maqnatı, iş adamı, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı daha bir şikayət yayımlanıb.

Apr 28, 2025 - 21:32

“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, şikayətçi narkoekspert Emil Maqalovdur. Emil Maqalov video şəklində yayımladığı şikayətdə bildirib ki, 2022-ci ildə Saray qəsəbəsində “Şərur MTK”ya məxsus “Jasmin Park” yaşayış kompleksindən ipoteka krediti ilə mənzil götürüb. 

Kreditin ödənişi zamanı ona bir neçə ay gecikmənin problem olmadığı bildirilib.Üç il ərzində kreditin ödənişini bu şəkildə edib və heç bir problem olmayıb.Bu il isə ona bildirilib ki, gecikmələrə görə artıq 43 min manat cəriməsi var. 

E. Maqalov bundan sonra MTK-nın sahibi Şərurlu İsfəndiyarla görüşüb. Şərurlu İfəndiyar isə ona cəriməni ödəməsə, evi əlindən alacağını bildirib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar