Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xalqın səsini və pulunu oğurlayan Məzahir Pənahovun oğluna verdiyi tərbiyə - Bu gecə istefaya getməliydi!

Bu gün, 09:47   






Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov düz 25 ildir ki, bu struktura rəhbərlik edir. Anaxeber.com bildirir ki, o, 2000-ci ildə Milli Məclisin qərarı ilə bu vəzifəyə gətirilib. O gün-bu gün, düz 25 ildir ki, ölkədə seçkiləri Məzahir Pənahov təşkil edir. Necə təşkil etdiyi haqda mükaliməyə ehtiyac yoxdur, Azərbaycanda keçirilən seçkilərdə səsvermə günü məntəqələrdəki mənzərə media və internet resurslarında var. Di gəl, nəhayət ki, MSK sədrinin öz "səsi" də çıxdı. Özü də biabırcasına. Bu faktdan sonra MSK sədri istefa verməliydi. Yəni demokratik ölkələrdə belə olur. Azərbaycanda isə Pənahov əcəli çatana qədər bu postda qalmaq istəyir. Çünki Ramiz Mehdiyevdən, Artur Rasi-zadədən və başqalarından bunu öyrənib. Çünki seçki, demokratik yolla dəyişikliyə, istefa mədəniyyətinə Məzahir Pənahovun özü də istehza ilə yanaşır. Təsəvvür edin, seçki təşkil edən, onun şəffaf və demokratik keçirildiyini iddia edən birinin özü buna inanmır.
Əlqərəz, keçirik onun rüsvay olması barədə vaqeəyə. Söhbət oğlu Məhəmməd Pənahovdan gedir. MSK sədrinin oğlu hamilə həyat yoldaşını ölümünə döyüb. Nəticədə qadın aldığı travmalardan bətnindəki uşağı itirir. Pənahovun gəlini özü şikayətçi olub, haqqin.az-a danışıb və döyülməsi haqda foto yayımlayıb. Artıq boşanma üçün iddia Binəqədi rayon Məhkəməsinə verilib. MSK sədrinin gəlini bildirib ki, əri Məhəmməd içki düşkünüdür və ona işgəncələr verir, zorakılıq edir, içki şüşələrini atırmış. Axırda canını xilas etmək qərarına gəlir və Azərbaycana qayıdır. Bəli, bəli, bir neçə il  əvvəl ailə quran cütlük Kaliforniyada yaşayırmış. Özü də Hollivud ulduzları ilə qonşu olub. Onlarla eyni məhəllədə yaşayıblar. Ən nəhayət, Məzahir Pənahovun Kaliforniyanın elit, bahalı məhəlləsindən aldığı villanın qiyməti iki milyon dollardan bahadır.
Dünəndən media və sosial şəbəkə platformaları hansı pulla villanın aldığını sual edir. Amma burada təəccüblü hal yoxdur axı?! Digər məmurlar, korrupsiya çirkabına bulaşan vəzifəlilər necə,  MSK sədri də elə...
Yəni 25 il ərzində büdcədən seçki üçün ayrılan vəsaitlərdən mənimsənilib, müxtəlif layihələr, seçkilərin təşkili təcrübəsi üçün keçirilən treninqlərə ayrılan maliyyənin oğurlanması və bilinməyən yüzlərlə rüşvət, maxinasiya əsasında MSK sədri də, oğlu da oliqarxa çevrilib. Bu da heyrət doğurmur: xalq üçün seçki təşkil etdiyini deyən Pənahovun xalqın pullarını yeməsi, oğluna dəbdəbəli həyat təmin etməsi ilk fakt deyil. Ölkədə yüzlərlə vəzifəli şəxsin - nazir, başçı, general, komitə sədri olanların uşaqları belə varlı, qudurğan həyat yaşayır. Amma heç biri öz zəhməti, bacarığı, istedadı ilə o varidatı əldə etməyib, hamısı atasının hesabına adam olub. Yəni onlar həyatı boyu bu pulu görməzdilər. Nə Pənahovun oğlu, nə Kəmaləddin Heydərovun, nə Ziya Məmmədovun, nə də başqalarının. Heç onların ataları da ömrü boyu bu pulları qazana bilməzdi - hamısı oğurlanıb, mənimsənilib. Əks halda, MSK sədrinin oğlu ABŞ-da film ulduzları ilə bir məhəllədə 2 milyonluq malikanədə yaşaya bilməzdi. Bütün bunlar aydındır, 30 illik Azərbaycanın gəlib çatdığı nöqtədir - korrupsiya hesabına varlı olanların qudurğan övladları. Bəli, onlar zəngin olublar, amma normal adam ola bilməyiblər. Əgər bu pul Məhəmməd Pənahovun başını gicəlləndirməsəydi, hamilə arvadını döyməzdi. Yəni bir fağır kişidə, bir yoxsul ərdə olan adamlıq, insani hisslər MSK sədrinin oğlunda yox imiş. Bu da xalqa nəsihət verən, şəffaf və ədalətli seçki keçirdiyini bar-bar bağıran Pənahovun oğluna verdiyi tərbiyənin nəticəsi...

Azər Talıbov
Anaxeber.com
 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar