Bakıda "BirLink" adı ilə fəaliyyət göstərən internet provayderi abonentləri təngə gətirib. Dünyanın texnoloji inkişaf dövründə bu internet şirkəti özünü ibtidai icma quruluşunda hiss edir. Yəni dünya hibrid avtomobillər, yüksək internet sürəti olan dönəmin dalğasına qoşulub, "BirLink" adlı provayder isə kustar üsullarla işləyir. Belə ki, abonentlər bərbad internet xidmətindən cana doyub. Bu barədə Anaxeber.com-a Xətai rayonu, İnqilab İsmayılov 50 ünvanında yaşayan abonentlər şikayət edib. Onların sözlərinə görə, adıçəkilən provayderin internet xidməti bərbaddır. Yəni nə sürət var, nə normal internet verilişi. Bu azmış kimi, "BirLink"ə zəng olunanda ya cavab verilmir, ya da yola verilir. Bu da özbaşınalıq faktıdır. Çünki "BirLink" abunəçilərdən vaxtında ödəniş tələb edir. Kim bir gün gecikdirəndə, dərhal internet kəsilir. Belə çıxır ki, pulu almağa gələndə mükəmməl idarəçilik var, amma internet yayımına çatanda fəlakətdir. Bu barədə şikayətçilərdən biri - İnqilab İsmayılov 50 ünvanında yaşayan Azər Talıbov, Anaxeber.com saytının baş redaktoru bildirib ki, "BirLink" şikayətləri qulaqardı edir. Onun sözlərinə görə, vətəndaşların şikayətinə baxılmır. A. Talıbov deyib ki, internetin sürəti yoxdur, yayım bərbaddır, zəng edib problemin səbəbini soruşmaq istəyəndə isə cavab verilmir. Ümumiyyətlə, bu hallar çoxdur və şirkət işini görə bilmir.
Azərbaycanda ENİGENT şirkətinə məxsus olan BİRlink internet provayderi abonentlərin başına bəla olub. Öz xidmətini telekommunikasiya sahəsində əsl inqilab adlandıran şirkətin deyəsən xəbəri yoxdur ki, göstərdikləri fəaliyyət inqilab deyil, fəlakətdir, rüsvayçılıqdır, abonentlərin əsəblərini tarıma çəkməkdir. İndi hansı dövrdür ki, internet verilişində günlərlə, saatlarla fasilə yaransın? İndi Avropada, qonşu ölkələrdə, hətta bəyənmədiyimiz İranda belə internet sürətli, keyfiyyətli və azad zonalarda vətəndaşlara paylanan bir şəbəkədir. Amma BİRlink xidməti internetin, texnologiyanın hər saniyə sürətlə inkişaf etdiyi bir vaxtda sürünür, abonentlərə normal xidmət göstərmir. Əgər araşdırsaq, Əfqanıstanın Qəndahar bölgəsində belə internetin yayımı sürətlidir, lakin Bakının Xətai rayonu, İnqilab İsmayılov 50 ünvanında Birlinkin bərbad xidməti ucbatından mənzillərdə normal internet verilmir.
vəsaiti necə kompensasiya edəcəklər?
Sakinlər bildirirlər ki, BİRlink provayderindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Elektron Təhlükəsizlik Xidmətinə şikayət edəcəklər. Dövlət qurumlarından BİRlink internet provayderi ilə bağlı araşdırma aparılmasını xahiş edən şikayətçilərin sözlərinə görə, şirkətə müraciətlər artıq heç bir effekt vermir. Ona görə də dövlət orqanlarının hərəkətə keçməsinə zərurət var. İ. İsmayılov 50 ünvanında yaşayanlar onu da qeyd edirlər ki, vəziyyət belə davam etsə, o zaman Birlink xidmətindən imtina edəcəklər. Bunu isə bu əmtəə nişanına sahib olan ENGİNET firması özü düşünməlidir ki, müştərilərini itirir. Xüsusən də şirkətin təsisçisi Elnur Məlikov, direktoru Anar Nağıyev, marketinq şöbəsinin rəhbəri Elmira Abbasova, BİRlink müştəri xidməti departamentinin rəhbəri Elnarə Əfəndiyev bu haqda daha çox "baş sındırmalıdırlar.
"BirLink" bir bəladır! Dövlət qarışmasa... - Kütləvi narazılıq Bakıda "BirLink" adı ilə fəaliyyət göstərən internet provayderi abonentləri təngə gətirib. Dünyanın texnoloji inkişaf dövründə bu internet şirkəti özünü ibtidai icma quruluşunda hiss edir. Yəni dünya hibrid avtomobillər, yüksək internet sürəti olan dönəmin dalğasına qoşulub, "BirLink" adlı provayder isə kustar üsullarla işləyir. Belə ki, abonentlər bərbad internet xidmətindən cana doyub. Bu barədə Anaxeber.com-a Xətai rayonu, İnqilab İsmayılov 50 ünvanında yaşayan abonentlər şikayət edib. Onların sözlərinə görə, adıçəkilən provayderin internet xidməti bərbaddır. Yəni nə sürət var, nə normal internet verilişi. Bu azmış kimi, "BirLink"ə zəng olunanda ya cavab verilmir, ya da yola verilir. Bu da özbaşınalıq faktıdır. Çünki "BirLink" abunəçilərdən vaxtında ödəniş tələb edir. Kim bir gün gecikdirəndə, dərhal internet kəsilir. Belə çıxır ki, pulu almağa gələndə mükəmməl idarəçilik var, amma internet yayımına çatanda fəlakətdir. Bu barədə şikayətçilərdən biri - İnqilab İsmayılov 50 ünvanında yaşayan Azər Talıbov, Anaxeber.com saytının baş redaktoru bildirib ki, "BirLink" şikayətləri qulaqardı edir. Onun sözlərinə görə, vətəndaşların şikayətinə baxılmır. A. Talıbov deyib ki, internetin sürəti yoxdur, yayım bərbaddır, zəng edib problemin səbəbini soruşmaq istəyəndə isə cavab verilmir. Ümumiyyətlə, bu hallar çoxdur və şirkət işini görə bilmir. Azərbaycanda ENİGENT şirkətinə məxsus olan BİRlink internet provayderi abonentlərin başına bəla olub. Öz xidmətini telekommunikasiya sahəsində əsl inqilab adlandıran şirkətin deyəsən xəbəri yoxdur ki, göstərdikləri fəaliyyət inqilab deyil, fəlakətdir, rüsvayçılıqdır, abonentlərin əsəblərini tarıma çəkməkdir. İndi hansı dövrdür ki, internet verilişində günlərlə, saatlarla fasilə yaransın? İndi Avropada, qonşu ölkələrdə, hətta bəyənmədiyimiz İranda belə internet sürətli, keyfiyyətli və azad zonalarda vətəndaşlara paylanan bir şəbəkədir. Amma BİRlink xidməti internetin, texnologiyanın hər saniyə sürətlə inkişaf etdiyi bir vaxtda sürünür, abonentlərə normal xidmət göstərmir. Əgər araşdırsaq, Əfqanıstanın Qəndahar bölgəsində belə internetin yayımı sürətlidir, lakin Bakının Xətai rayonu, İnqilab İsmayılov 50 ünvanında Birlinkin bərbad xidməti ucbatından mənzillərdə normal internet verilmir. vəsaiti necə kompensasiya edəcəklər? Sakinlər bildirirlər ki, BİRlink provayderindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Elektron Təhlükəsizlik Xidmətinə şikayət edəcəklər. Dövlət qurumlarından BİRlink internet provayderi ilə bağlı araşdırma aparılmasını xahiş edən şikayətçilərin sözlərinə görə, şirkətə müraciətlər artıq heç bir effekt vermir. Ona görə də dövlət orqanlarının hərəkətə keçməsinə zərurət var. İ. İsmayılov 50 ünvanında yaşayanlar onu da qeyd edirlər ki, vəziyyət belə davam etsə, o zaman Birlink xidmətindən imtina edəcəklər. Bunu isə bu əmtəə nişanına sahib olan ENGİNET firması özü düşünməlidir ki, müştərilərini itirir. Xüsusən də şirkətin təsisçisi Elnur Məlikov, direktoru Anar Nağıyev, marketinq şöbəsinin rəhbəri Elmira Abbasova, BİRlink müştəri xidməti departamentinin rəhbəri Elnarə Əfəndiyev bu haqda daha çox "baş sındırmalıdırlar.