Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Azercel" qiymətləri artırdı- Abunəçilər imtina edir.......

8-04-2025, 10:10   




“Azercell Telekom” MMC bu gündən bəzi xidmətlərinin qiymətində dəyişiklik edib.

 

Bundan sonra, “Azercell” istifadəçiləri balans haqqında avto–məlumat xidməti üçün 0,59 AZN ödəməli olacaqlar. Bu günə qədər bu xidmət üçün heç bir xidmət haqqı tutulmurdu.

“Azercell” ölkədaxili göndərilən 1 SMS-ə görə xidmət haqqını 0,5 AZN-dən 0,10 AZN-ə qaldırıb. Ölkəxarici göndərilən 1 SMS-ə görə isə 0,25 AZN xidmət haqqı tutulur.

media-azerr

Həmçinin, balans öyrənmə (Balans məlumatı) xidməti çərçivəsində hər USSD ( *111*1*7#yes ) sorğuya və 2112 qısa nömrəsinə göndərilən hər bir SMS-ə, o cümlədən 2112 qısa nömrəsi istiqamətində həyata keçirilən hər bir zəngə görə 0,10 AZN xidmət haqqı tətbiq ediləcək.

Qeyd edək ki, “Azercell Telekom” MMC abunəçilərindən mobil nömrələrdən istifadəyə görə aylıq xidmət haqqı tutulması ilə ilə bağlı məlumat verilmişdir.

Sosial platformalarda abunəçilər  şikayət edərək “Azercell”dən imtina edib başqa operatora keçmələri ilə bağlı şərhlər yazılır. \\Xalq.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar