Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

GDU-da rüşvət, anarxiya azmış, bu dəfə intihar...

12-04-2025, 08:58   







Gəncə Dövlət Universitetində (GDU)  özbaşınalıqlar, rüşvətxorluqlar haqda qulaq çox xəbərlər eşitmiş, media resurslarında şikayətlərə rast gəlmişdi, amma işçilərin intihar həddinə çatdırılması olmamışdı ki, o da oldu. Anaxeber.com bildirir ki, ötən gündən bəri cəmiyyət Gəncə Dövlət Universitetinin əməkdaşı, 1988-ci il təvəllüdlü Günay Asim qızı Məmmədovanın intihara cəhd etməsini müzakirə edir. Görün rektor Yusif Yusibov bir xanımı hansı həddə çatdırıb ki, canına qəsd edərək damarlarını doğrayıb. Hadisə universitetdə olub. GDU isə yaydığı məlumatda binanın yaxınlığında baş verdiyini açıqlayıb. Və universitet bildirib ki, sözügedən şəxs 3 il əvvəl işdən azad olunub. Üstəlik, GDU ittiham edib ki, Günay Məmmədova bu müddət ərzində rəhbərliyi hədələyirmiş. Halbuki ortada bir gerçəklik var - Günay Məmmədova haqsızlıqla üzləşdiyini hesab edir, görünür, işə bərpa üçün çox müraciət edib, artıq nəticəsi olmayanda həyatına son qoymaq qərarına gəlib. Yəni bir xanımı işə qaytarmaq nə çətin işdir ki, rektorluq bunu etməyib, sonu intihara cəhd həddinə gəlib çatıb. Hər halda, kimsə özünü öldürmək istəməz. Amma Günay Məmmədova üzləşdiyi problemdən cana doyaraq bu addımı atıb. Rektor Yusif Yusibov üçün bir xanımı işə bərpa etmək beləmi çətin idi? Tələbələrdən dekanlar pul yığanda çətin olmur, müxtəlif tenderlər vasitəsi ilə maxinasiyalar həyata keçirmək çətin olmur, illərdir ki, GDU-nu öz komandası ilə çapıb-talamaq rektora çətin olmur, amma bir xanımı işdən çıxarmaq, işə qaytarmamaq olur. Hər halda, bu 3 il onun üçün boş keçməyib və ya elə ilk müraciətdən sonra intihar qərarı verməyib. Bəllidir ki, Yusif Yusibova məktublar yazıb, müraciətlər edib, işə bərpa üçün yerli məhkəməyə də üz tutub, amma əli hər yerdən üzüləndə haqsızlığa dözməyərək damarlarını doğrayıb. 
Bütün hallarda işin hüquqi tərəfi göz qabağındadır: vətəndaşın hansı səbəbdən intihara cəhd etdiyi açıqlanıbsa, GDU məsuliyyət daşıyır. Yəni intihar həddinə çatdırma maddəsi var və bu ittihamla cinayət işi açılmalıdır. Bu fakt isə bir daha sübut etdi ki, GDU rektoru Yusif Yusibovun rəhbərliyi altında ali məktəbdə nələr baş verir. Əslində, indiyədək mediada oradakı qanunsuzluqlar, anarxiya haqda çox faktlar təqdim olunub. Faktiki olaraq, rektor universiteti bazara çevirib. Məsələn, bir müddət əvvəl Gəncə Dövlət Universitetində diplomun qarşılığında tələbədən pul tələb olunduğuna dair görüntülər yayılmışdı. Videoda pul alınırdı. 
Tələbənin özü tərəfindən lentə alınan həmin görüntülərdə biliyinə güvəndiyi və pul verməməkdə nə qədər israrlı olduğu, amma buna rəğmən pul verməyə məcbur buraxıldığı aydınca anlaşılır. 
Bundan başqa, kollektiv tərəfindən tez-tez məktublar ünvanlanır. Orada deyilir ki, keçən il alınmış stolları, stulları, lövhələri, partaları, mebelləri, notbukları bu il çıxarıb təzəsini alırlar. Çıxarılan avadanlıqlar isə silinərək satılır. Heç bir avadanlığın qaimədəki qiymətləri ilə real qiymətləri uyğun gəlmir. Baha qiymət yazılır, ancaq bu qiymətdən 5-6 dəfə ucuz keyfiyyətsiz mallar alınır. On manata alınacaq avadanlıqları beş-altı dəfə baha qiymətə sənədləşdirib pulları silirlər. Bundan başqa, universitetin pullarını təmir adı ilə silirlər. Yəni həm korrupsiya, yeyinti, həm rüşvət, həm özbaşınalıq baş alıb gedir və bu azmış kimi, bu dəfə daha dəhşətli hadisə oldu - işçi intihara əl atdı. Artıq Yusibovun rektorluqdan getməsinin zamanı deyilmi? - bu suala cavab üçün qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Anaxeber.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar