
Sürücünün məlumatı olmadan sistemə vurulan cəriməyə görə faizlə ödəyənlər, maşını cərimə meydançasına salınanlar var.
Bu gün bildiriş alan sürücü lakin Daxili İşlər Nazirliyinin saytındakı (mia.gov.az) cərimələrin öyrənilməsi sistemində sürücülük vəsiqəsi ilə araşdırma aparır və məlum olur ki, onun ödənilməmiş cəriməsi yoxdur.
Baş Dövlət Yol Polisi İdarəsinin MMX-sı (Mərkəzi Məlumat Xidməti) sürücülərin yuxularının qorxulu kabusa çevrilib.
Çünki maşın sürən sürücünün özünündə xəbəri omadan onun adına cərimə protokolu var.
Sürücü Daxili İşlər Nazirliyinin saytındakı (mia.gov.az) cərimələrin öyrənilməsi sistemində sürücülük vəsiqəsi ilə araşdırma aparır və məlum olur ki, onun ödənilməmiş cəriməsi yoxdur. Sürücü olan şəxs şossedə maşın sürərkən və hər hansı bir yerdə DYP işçisi onu saxlayaraq maşınını cərimə meydanına aparmaqla hədələyir. Adicə maşını qeydiyyata salmaq və ya texniki baxışdan keçitmək istəyirəsn sənə isə elan edirlər ki, sənin cərimən var. Niyə? hardan, nə zaman baş verib?
Aylarla xəbərin olmadan sənin cərimən orda öz həyatnı yaşayır və üstünə dəbbə pulu, faizlər gəlir.
Sürücülərin süni surətdə yaradılmış problemləri çoxdur.
MMX-protokol mnəktublarının vaxtında gəlməməsi, bu zaman o qanuni 5% güzəştindən olur, cərimənin üstünə dəbbə pulu gəlir, faiz gəlir.
Sürücüyə məktub gəlsədə o cəriməsini Bankda və ya müvafiq yerdə ödəyə bilmir, çünki bvu cərimə sistemdə yoxdur.
Hətta sənin cərimən var və sən bunu ödəmisənsə də sən maşınılnı apara bilməzsən, bunun məhkəməsi var, bunun başqa problemləri var...
Buyurun evdə oturan sürücü məktub alıb və müvafiq banka və ya poçta gedir ki, cəriməsini versin, lakin verə bilmir, çünki sistemdə onun adına cərimə yoxdur. Cəriməni ödəmə\k üçün DYP- yə gedməli sonra o cərimə sistemə vurulacaq. Niyə? Axı sadə sual olunur NİYƏ?
Bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyevdir. Teref.info- nun yazdığına görə jam.az xəbər verir ki, əslində, Vahid Nuriyev MMX məsələsində özü üçün olduqca əlverişli və gəlirli biznes qurub. Bu məsələ ilə bağlı apardığımız araşdırmalarda xeyli maraqlı məqamlar ortaya çıxarılıb və onların arasında daha ilginc bir detal da var. Belə ki, MMX-sı olan sürücü Xirmətə üz tutduqda ilk “ilişdiyi” yer 403-cü otaq olur. Həmin otaqda Bəhruz adlı polis zabiti əyləşir. Onun funksiyası MMX-sı olan sürücülərlə ortaq dil tapıb, “problem” həll etməkdən ibarətdir. Bəhruzun şərtləri müxtəlif ola bilər. Lakin bütün hallarda onun təkliflərinin keçməsi şərtdir.
Bu əsnada, Bəhruz, həm də Vahid Nuriyevin “qara kassaı” kimi tanınır. Yəni, xidmətin bütün maliyyə işləri onun əlindədir. Həmçinin Nuriyevin bütün hesab-kitab işlərinə də o baxır.
Teref.info olaraq onuda qeyd etmək istəyirik ki, hər DYP rayon şöbəsinində nominal öz "403"- cü otağı var. Hər DYP rayon şöbəsində MMX işinə baxan adam var ki, sürücü protokolla ora gələndə növbətçi onu o adamın üstünə yönləndirir. Onunla sürücünün danışığının nəticəsində cərimə ödənilir. Lakin bu ödənilmiş məbləğlə bağlı sürücüyə heç bir çek verilmir.
Teref.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq.