Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mikayıl Cabbarovun müəmmalı kadr islahatları: nazir nə etdiyini özü bilir?

25-01-2016, 00:38   
Mikayıl Cabbarovun müəmmalı kadr islahatları: nazir nə etdiyini özü bilir?
Təhsil naziri Mikayıl Cabbarov hələlik Təhsil Nazirliyinin oturşmuş, çevik idarəetmə funksiyasına xas aparatını qura bilmir. Qurumdakı mötəbər mənbədən əldə etdiyimiz informasiyada belə deyilir:
Əvvəldən müşavirlik institutuna böyük əhəmiyyət verən gənc nazir sonradan bununla bağlı çeşidli problemlərlə üzləşir. Necə deyərlər, etdiyi səhvləri düzəltməyə başlayır. Bu da münasibətlərə xələl gətirməklə yanaşı, həm də nazirlikdəki işgüzar mühiti pozur.
Məsələn, nazir vaxtilə adı müxtəlif qalmaqallarda hallanan Təhsil Nazirliyinin “Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş” şöbəsinin müdiri Ağababa İbrahimovu 24 aprel 2014 – cü ildə vəzifəsindən azad edərək özünə müşavir təyin etdi. Sonra isə onu Goranboy rayonu təhsil şöbəsinə müdir göndərdi. Nazirliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədov da bir müddət Mikayıl Cabbarovun müşaviri oldu. Sonra onu Texniki Universitetə elmi işlər üzrə prorektor vəzifəsinə göndərdilər. İndi Pirməmmədov özünü orada rektor kimi aparır. Nazirin əsas müşavirlərindən biri Hüseyn Əliyevsə bu yaxınlarda səssiz – səmirsiz vəzifəsindən uzaqlaşdırıldı…
Ən maraqlısı isə Samir Vəliyevlə bağlıdır. Mikayıl Cabbarov keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi 21 aprel 2014 – cü ildə özünə müşavir təyin etdi. Bir müddətdən sonra isə onu nazirliyin “Orta ixtisas və peşə təhsili” şöbəsinə müdir vəzifəsinə təyin etdi. Nazirlikdə yeni struktur dəyişiklikləri baş verəndə isə Samir Vəliyev yenidən müşavir vəzifəsinə qaytarıldı.
Mənbə bildirir ki, Cabbarovun bu hərəkətlərindən inciyən Samir Vəliyev acıq edib işə getmir. Nazirlikdə Ali təhsil sektorunun müdiri təyin olunmuş Yaqub Piriyev həm də aparat rəhbərinin müavinidir. Mətbuatda haqqında tənqidlər yazılan Fərzəli Qədirov “İnsan resursları” şöbəsinin müdiri vəzifəsindən azad olunaraq Aparat rəhbərinin müavini təyin olunub. Deyəsən, aparat müdirinin müavini vəzifəsi də müşavir vəzifəsi kimi təsəlliverici vakansiyadır…(moderator.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar