Sizin Reklam Burada
Tel: 050 378-66-61

Gün ərzində 3-cü avtobus qəzası: Yenə ölən var

10-07-2015, 18:31   
Gün ərzində 3-cü avtobus qəzası: Yenə ölən var
Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bilgəh qəsəbəsində qeydə alınıb. Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Ramiz İsmayılov idarə etdiyi VAZ 21011 markalı avtomobillə Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

Virtualaz.org xatırladır ki, bu, gün ərzində 3-cü avtobus qəzasıdır. İlk hadisə bu gün səhər Bakı-Qazax magistral yolunun Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində qeydə alınıb. Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 10-dan artıq adam isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Günorta saatlarında isə metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlğında 15 saylı marşrut xətti üzrə işləyən sərnişin avtobusu 7 maşını əzib, sonra isə dayanacağa çırpılmışdı. İlkin məlumata görə, həmin hadisədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar