Sizin Reklam Burada
Tel: 050 378-66-61

Səidə Sultan prodüserinin qətlindən danışdı - Səbəb..

8-05-2015, 17:35   

Bakının Yasamal rayonunda 5 gün əvvəl bıçaqlanan prodüser Hamlet Cahangirov xəstəxanada ölüb. Publika.az 2 ay əvvələdək prodüseri olduğu Səidə Sultanın məsələyə münasibətini öyrənib: “Problemli adam olmasa da, dili dinc durmurdu. Allah rəhmət etsin. Mən də xəbəri hamı kimi eşidib pis olmuşam. 2 ay idi işbirliyimizə son qoymuşduq. 8 ay mənim prodüserim olub. Heç bir şou nümayəndəsi ilə problemi olmayıb. Heç kəsdən də şübhələnmirəm. Çox yaxşı uşaq idi. Mənə elə gəlir dilinin bəlasına düşüb. Bəlkə də, küçədə söz atıblar, bu da söyüb. Bilinmir günahkar kimdir. Mayın 1-də biz görüşüb konsert üçün məkana beh verməli idik. Ayın biri çəkilişə gedəndə zəng etdim ki, oyaqsansa, gəl, birlikdə gedək. Onda bildim ki, bıçaqlanıb”. Səidə Sultan prodüserinin borclu olması ilə bağlı fakta da diqqət çəkərək onu da bir ehtimal hesab edib: “Borcu olub. Amma borca görə adam öldürərlər? Bir qıza 8 min manat borcu var idi. Həmin pulu ödəyə bilmirdi. Məbləğin yarısını vermişdi, yarısı qalmışdı. Qız da onu divara dirəyirdi ki, pulumu ödə. Qız da pula görə polisə müraciət etmişdi. Onun qətli nədirsə, başqa bir şeydir”. Müğənni Axar.az-a açıqlamasında isə polis tərəfindən çağırıldığını deyib: "Hər hansı bir izahat tələb etmədi. Cinayətkarlar tez bir zamanda yaxalandı. O, sakit təbiətli, “kruq”u olmayan, gecə həyatı yaşamayan bir adam idi. Onun öldürülməsinin nə şəxsi həyatı ilə, nə də başqa bir şeylə bağlı olduğunu düşünürəm. Sadəcə, hadisə gecə vaxtı baş verib. O, aqressiv, tez cavab qaytaran oğlan idi. Yəqin ki, küçədə ona sataşıblar, ya nəsə söz atıblar, o da cavab verib və hadisə belə baş verib. Onunla uzun müddət işləməyimə baxmayaraq, haqqında o qədər də çox məlumata sahib deyildim. Bircə bilirdim ki, “Sovetski”də yaşayır. Amma evini tanımırdım. Əzizlərini belə tanımıram ki, zəng vurub başsağlığı verim". İddialara görə, qətlə yetirilən Hamlet Cahangirov homoseksual olub. Xatırladaq ki, Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hamlet Cahangirov mayın 1-də Mətbuat prospektində bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb və mayın 4-də xəstəxanada keçinib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar