
"Mən Azərbaycandan Suriyaya gəlmiş dörd nəfərin edamına şahid oldum. Onları kürdlərə casusluq etməkdə ittiham etdilər və mənim gözlərim önündə başlarını kəsdilər".
ANS PRESS-in məlumatına görə, bunu Suriyada döyüşlərdə iştirak etmiş Tacikistan vətəndaşı Fərrux Şərifov deyib. 25 yaşlı tacik bildirib ki, öz əməllərindən peşmandır:
"Mən sosial şəbəkədə rus qızla danışırdım. O mənim Suriyaya getməyimə imkan yaratdı. Mən Moskvaya, ordan isə Türkiyə vasitəsilə Suriyaya yollandım", - deyə F.Şərifov söyləyib.
Qeyd edək ki, Suriyada, Əfqanıstanda və Pakistanda müxtəlif terror qruplaşmalarının sıralarına azərbaycan əsilli insanlar da cəlb olunub. Hesablamalara görə, indiyə kimi terror qruplaşmalarına 300-dən çox azərbaycanlı qatılıb. Son üç il ərzində Suriyada təxminən 200 azərbaycanlı terrorçu həlak olub.
Mənbə
ANS PRESS