Sizin Reklam Burada
Tel: 050 378-66-61

Maliyyə nazirindən manat- Proqnozu

3-05-2015, 17:04   

“Azərbaycanda manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir”.


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bazar günü Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında deyib.

Onun sözlərinə görə, dünya bazarında yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın milli məzənnəsinin həm möhkəmlənmək, həm də zəifləmək imkanı var, bu, normal prosesdir.

Mərkəzi Bank öz maliyyə-kredit siyasətinə müvafiq olaraq, manatın məzənnəsinin ciddi dəyişikliyinin qarşısını ala bilər.

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar