
“Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanın fəaliyyəti təqdirəlayiqdir”.
Axar.az xəbər verir ki, bu haqda “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. Politoloq səfirin Azərbaycandakı fəaliyyətinə diqqət çəkərək önəmli məqamlara toxunub:
“Səfirin bir günü boş deyil, nazirlərlə görüşür, konfranslarda çıxış edir, enerji və təhlükəsizlik sahəsində zəruri açıqlamalar verir. Enerji sahəsi: Bakı Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşasının idarə olunmasının ABŞ şirkətinə həvalə olunması Sekutanın fəaliyyətinə başladığı günlərə təsadüf etdi. Təhlükəsizlik sahəsi: Sekuta Azərbaycan pilotları ilə görüşdü. Ən maraqlısı odur ki, görüşdə pilotların Azərbaycanın müdafiəsi uğrunda xidmətləri və ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə edildi. Fikrimcə, bu görüşü bu cür də qiymətləndirmək olar: Vaşinqton Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafındakı rayonlarının azad olunmasına əngəl törətməyəcək”.