
Hadisənin nə səbəbdən baş verdiyi bilinmir
Bu gün səhər saatlarında intihar hadisəsi baş verib. ANS PRESS-in qaynar xəttinə daxil olan məlumatına görə, hadisə 15-20 dəqiqə əvvəl Həzi Aslanov metrosu yaxınlığında Məhəmməd Hadi küçəsi 73 ünvanında baş verib. İlkin məlumata görə, bir qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.
Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır. Qadının nə səbəbdən intihar etdiyi bilinmir.