
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova “Yenə yenə” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, mahnının ekran işini rejissor Anar Hüseynov ərsəyə gətirib.
Kliplə bağlı təəssüratlarını bölüşən İlqarə anasının təqdimata qatılmamasının səbəbini açıqlayıb:
“Gələcəkdə nələr edəcəyimi deyə bilmərəm. Klipi iki günə çəkdik. Elə bilirdim yorulacam, amma zövq aldım. Yeni mahnıdır. Maraqlı alındığına ümid edirəm. Anam da təqdimata gələcəkdi. Amma işləri oldu, çatdırmadı”.
Anasının ümidlərini doğruldacağına söz verən müğənni “Uşaq vaxtı bilirdim ki, böyüyəndə müğənni olacam. 5 yaşımdan bu səhnədəyəm. Əlimdən mikrofonu ala bilmirdilər. Aygün Kazımovanın qızı olmaq heç də hər yerdə mənə yaşıl işıq yandırmır. Onun qızı olub, müğənnilik etmək çətindir. Çalışacam anamın ümidlərini qırmayım” deyə, bildirib.
İ.Kazımova gələcək planları haqda da danışıb:
“Tezliklə albomum işıq üzü görəcək. Buna qədər isə lirik bir bəstə hazırlayacam”.
Foto: Ramin ASLANOV
[media=https://www.youtube.com/watch?v=wHc0zyN0cJU]



