Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Bunu özüm edəcəkdim, Madonna məni qabaqladı" - Aygün

16-02-2015, 14:39   

“Madonnanın “Qremmi”dəki hərəkətini gördüm. Şəxsən mən bu addımı alqışlayıram. Əslində onu özüm edəcəkdim, amma Madonna məni qabaqladı. “Ya i tı” (“Mən və sən”) klipində bir az buna oxşar hərəkət etmişdim".
Axşam.az-ın məlumatına görə, bu sözləri “Onlar”a açıqlamasında xalq artisti Aygün Kazımova deyib.

O, Madonnanın 57-ci “Qremmi" mükafatının təqdimat mərasimində ətəyini qaldırmasını dəstəkləyib.
A.Kazımova həmçinin geyimindən və 8 Martda Qəbələdə verəcəyi konsertə hazırlıqlardan danışıb:
“Ətək, boyunbağı və çəkmələrim modelyer Bessariona aiddir. Koftam isə öz qarderobumdandır. Qəbələdəki konsertə özəl geyim hazırlayırıq. Bessarionun hazırladığı paltara 200 metr parça istifadə olunub. Üzərində 15 dərzi çalışır. İndidən konsertdə necə görünəcəyimi təsəvvür edirəm. Hamının üzündə təəccüb yaranacaq".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar