Sizin Reklam Burada
Tel: 050 378-66-61

Ukrayna uğrunda amansız döyüşlər gedir

13-02-2015, 23:16   
Ukrayna uğrunda amansız döyüşlər gedir
Dünən “Normand dördlüyü” tərəfindən imzalanan Minsk razılaşması belə Donbasdakı gərginliyi azalda bilməyib.

Axar.az xəbər verir ki, böyük hissəsi separatçıların mühasirəsində olan strateji əhəmiyyətli Debaltsevo uğrunda amansız döyüşlər gedir.

Bunu Ukrayna Anti-terror Əməliyyat Mərkəzinin katibi Anatoli Stelmax Feysbuk səhifəsində yazıb.

“Təəssüf ki, Minsk razılaşmasə düşmənin təcavüzkar addımını dayandırmadı. Əksinə, bizim mövqelərimizin terrorçular tərəfindən atəşə tutulması gün ərzində intensiv hal alıb. Düşmən öz qüvvələrini Debaltsevo istiqamətində hərəkətə gətirir. Şəhər ətrafında əsl döyüşlər gedir. Tankların müşayiəti altında düşmənin zirehli piyada maşınları Ukraya ordusunun Troitskoe, Mius, Çernuxino və Kamenka qəsəbələri ətrafındakı mövqelərinə hücum edir”, - Stelmax bildirib.

Stelmaxın sözlərinə görə, separatçılar Debaltsevonun özünə 6 dəfə zərbə endirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar