
ABŞ kəşfiyyatı təyyarələrdən istifadə edərək insanları izləyir.
Axar.az xəbər verir ki, təyyarələrə quraşdırılmış xüsusi cihaz insanlara aid məlumatları toplamağa imkanı verir.
ABŞ informasiyanı toplamaq üçün əsasən, “Cesna” markalı ticarət təyyarələrindən istifadə edir. İstifadəçilər haqqında toplanan məlumat mobil qüllələrə ötürülür.
Bu təcrübə, xüsusilə cinayətkarların axtarışında istifadə edilir.