Sizin Reklam Burada
Tel: 050 378-66-61

UKRAYNA KƏŞFİYYATI RUSİYANIN STRATEJİ AVİASİYASINI MƏHV ETDİ - 4 aerodromda 40-dan çox təyyarə vurulub

2-06-2025, 09:05   



Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bir az əvvəl Rusiya ərazisində hərb tarixinə keçəcək xüsusi əməliyyat keçirib.


 Rusiya strateji aviasiyasının Murmansk və İrkutsk vilayətləri ərazisində yerləşən hərbi bazaları kütləvi dron hücumuna məruz qalıb.Belə ki, Murmansk vilayətindəki “Olenya” və İrkutsk vilayətindəki “Belaya” aerodromları Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.Hadisə yerindən çoxsaylı videolar əməliyyatın uğurlu alındığını təsdiqləyir.

Murmansk vilayətinin qubernatoru Andrey Çibis regiona PUA-ların hücumunu təsdiqləyib.

Ukrayna tərəfi ümumilikdə 40-dan çox Tu-95 və Tu-22 M3 strateji bombardmançısı, eləcə də A-50 RLS təyyarəsinin məhv edildiyini bildirir. Dəymiş ziyan 2 milyard dollardan çox qiymətləndirilir.

"Əgər bu rəqəm doğrudursa, onda Rusiya nüvə triadasının 3 komponentindən biri olan strateji aviasiyanın ağır zərbə aldığını söyləmək mümkündür" -deyə,  siyasi şərhçi Şahin Cəfərli hadisəyə münasibət bildirərkən deyib..


Əməliyyatın unikallığı ondan ibarətdir ki, dronlar Ukraynadan yox, bilavasitə həmin vilayətlərin ərazisindən buraxılıb. Dronların yük avtomobili ilə aviabazaların yaxınlığına gətirildiyi bildirilir.

"SBU rəhbəri, general Vasili Malyukun hazırlayıb həyata keçirdiyi bu əməliyyat Ukrayna kəşfiyyatının hansı səviyyəyə gəldiyini göstərir. Bir neçə gün əvvəl isə Mariupoldakı kütləvi qırğını həyata keçirən Rusiya zabitlərindən biri, mayor Zaur Qurtsiyev Stavropolda aradan götürülüb. O, Stavropol merinin müavini idi" - deyə, Ş.Cəfərli qeyd edib.

“AzPolitika.info”






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar