Hurriyyet.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon söhbəti zamanı Rusiya Federasiyası ilə Ukraynanın danışıqlara hazırlaşmasını müzakirə ediblər.
Moskva ilə Kiyev iyunun 2-də keçirilməsi nəzərdə tutulan növbəti birbaşa ikitərəfli danışıqlarlara hazırlaşırlar.
Həmkarlar həmin hazırlıq məsələsindən söhbət açıblar.
Bu barədə RF XİN məlumat verib.
Xəbər verdiyimiz kimi, Hakan Fidan son günlərdə Rusiya və Ukraynaya səfərlər edib.
Hürr Tərcüman