
Rusiya Prezidenti Vladimir Putinin tezliklə Üçüncü Dünya Müharibəsini başlatmasına cəsarəti çatmaz.
bu barədə Xarkovlu hüquq müdafiəçisi Yevgeni Zaxarov deyib.
“Fikrimcə onlar bütün dünya ilə müharibə aparmazlar. Amma onlar bizə yaşamağa imkan vermirlər. Rusiya özünü supergüc hesab edir. İstəmirlər ki, biz onlardan uzaqlaşıb Avropa yolu ilə gedək”, Zaxarov deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiyanın irimiqyaslı müharibə aparması üçün yetərincə pulu yoxdur:
“Mən rus ekspertlərindən eşitmişəm ki, onların böyük müharibə aparmaq üçün resursları yoxdur”.
Ekspert bildirib ki, Rusiya hazırda Krımın maliyyələşdirilməsi proqramını da dayandırıb.