Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlı milyarder özünə 25 milyon xərclədi

14-11-2014, 13:40   

Vahid Ələkbərovun rəhbəri olduğu “Grindale İnvestments Ltd” 25,27 milyon dollar xərcləyərək “Lukoyl” şirkətinin 527 788 aksiyasını alıb.

bu barədə informasiyanı “Lukoyl”un özü yayıb.

Razılaşma noyabrın 6-da baş tutub.

Qeyd edək ki, Vahid Ələkbərov “Lukoyl”un bundan öncə 9 sentyabrda 20,6 milyon dollar, 19 sentyabrda isə 9,3 milyon dollarlıq aksiyasını almışdı.

Onu da xatırladaq ki, “Lukoyl”un nizamnamə kapitalı 21.264.081 rubl təşkil edir və o hər biri 0,025 rubl olan 850.563.255 aksiyaya ayrılıb. Hazırda “Lukoyl”un ən böyük səhmdarları Leonid Fedun (10%), Kapital Maliyyət İnvestisiya Evi (8%), Lukoil İnvestment Cyprus (9,2%), Vahid Ələkbərovdur (20.9%).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar