"Vladimir Putinin reytinqi rekord dərəcədə aşağı düşüb, tezliklə gedəcək".

bunu rusiyalı müxalifətçi Harri Kasparov deyib.
Kasparov Putinin nüfuzunun niyə yüksək olmasını izah edib:
"Qonşu əraziləri işğal etmək reytinq gətirir. 1938-ci ildə Hitler də məhz bu hərəkətlərlə reytinqini yüksəltdi. Başa düşmək lazımdır ki, keçmiş Sovetlər İttifaqının ərazisində ictimai rəy sorğusu şərti bir şeydir. Amma tarixi təcrübə göstərir ki, belə dəstək çox tez yoxa çıxa bilər, əgər insanlar özlərini gündəlik həyatlarında diskomfort hiss etsələr".
Kasparov hesab edir ki, 2018-ci ildə keçiriləcək olan futbol üzrə dünya çempionatı Vladimir Putinin reytinqinə ciddi zərbə ola bilər.